XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



«Atalanta» 3 dəqiqə tab gətirə bilmədi - FOTO
İdman 10:10 / 13.08.2020
 Dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib. Ilk oyun günündə bir matç keçirilib. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gəlib. Matçın 27-ci dəqiqəsində hesabı açan İtaliya klubu qələbəyə yaxın olsa da, Paris təmsilçisi görüşün sonlarında - 90 və 90+3-cü dəqiqədə vurduğu qollarla qalib gələrək yarımfinala çıxıb. Tomas Tuhelin komandası yarımfinalda bu gün keçirilən "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasında yarımfinal oynayacaq.
   12 avqust   "Atalanta” (İtaliya) - PSJ (Fransa) - 1:2 Qollar: Pasaliç, 27 (1:0), Markinyos, 90 (1:1), Çupo-Motinq, 90+3 (1:2)

18293 oxunub

InvestAZ