XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Payızda Universiadasının Atletlər Kəndinin inşasına başlanılacaq
İdman 14:09 / 12.08.2020
2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Atletlər Kəndinin inşasına oktyabrda başlanılacaq.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, "Universiada-2023”ün beş kompleksdən ibarət olacaq Atletlər kəndinin ümumi sahəsi 230 min kvadratmetrdən çoxdur. İdmançılar üçün inşa ediləcək birinci yataqxana binası 1700 yerlik olacaq.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

 

17197 oxunub

InvestAZ