XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Qəbələ” heyətini gücləndirdi
İdman 17:55 / 11.08.2020
Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən "Qəbələ” heyətinə yeni futbolçu qatıb. "Qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında "Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu "İliriya” (2014-2015), "Erzeni” (2015-2016, 2017-2018), "Beseldja” (2016), "Şenkoli” (2017) və "Tirana” (2019-2020) klublarında forma geyinib.
 

17862 oxunub

InvestAZ