XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Futbolçular hər oyundan əvvəl koronavirus testindən keçəcək
İdman 17:01 / 11.08.2020
 Braziliya çempionatında çıxış edən klubların bütün futbolçuları matçlardan əvvəl koronavirus testindən keçəcək. Bu barədə Braziliya Futbol Federasiyası qərar çıxarıb. Komandaların oyunçuları hər turun oyunundan 78 saat əvvəl testdən keçməli olacaq. Test nəticələri görüş başlamazdan 24 saat əvvəl komandalara göndəriləcək. 
Qeyd edək ki, Braziliya çempionatında yeni mövsüm avqustun 9-da başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən, Braziliyada üç milyondan çox insan koronavirusa yoluxub, 100 mindən çoxu vəfat edib. 

33584 oxunub

InvestAZ