XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Kavani​​ PSJ-ni​​ "Benfika"ya​​ dəyişdi​
İdman 18:32 / 09.08.2020

Fransa PSJ-sinin futbolçusu Edinson Kavani karyerasını Portuqaliya "Benfika"sında davam etdirəcək. 33 yaşlı hücumçu yeni komandasında hər il 9 milyon avro əmək haqqı qazanacaq.

Kavani PSJ-də 2013-cü ildən çıxış edib. Ötən mövsüm uruqvaylı forvard Fransa çempionatında 11 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.​​ O, İtaliya A Seriyasında "Palermo" və "Napoli"nin də formasını geyinib.
Qeyd edək ki, "Benfika" 2019/2020 mövsümünü ikinci pillədə başa vurub. Lissabon klubu Çempionlar Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.


17788 oxunub

InvestAZ