XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



Çempionlar Liqası:​​ həftənin oyunçusu adına namizədlər açıqlandı
İdman 11:00 / 09.08.2020

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb.​

Bu ada İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu, İspaniya "Barselona"sının forvardı Lionel Messi və Almaniya "Bavariya"sının ön xətt oyunçusu Robert Levandovski iddialıdır.​
Uolker "Real Madrid"lə cavab görüşündə (2:1) bir dəfə top alıb və 85 faiz dəqiq ötürmə verib. Ronaldu Fransa "Lion"u ilə qarşılaşmada (2:1) dubl edib. Messi İtaliya "Napoli" ilə matçda (3:1) qol vurub və penalti qazanıb. Levandovski isə "Çelsi" ilə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.​
Qeyd edək ki, 1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.



18199 oxunub

InvestAZ