XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



UFC “bayraq" qaldıran ermənini cəzalandırdı
İdman 15:30 / 07.08.2020
UFC döyüş zamanı rinqə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin "bayrağ"ı ilə çıxan erməni idmançı Edmen Şahbazyanı cəzalandırıb. Bu barədə onun şəxsi məşqçisi Edmond Tarverdyan açıqlama verib.
O, məlum məsələyə görə cərimələndiklərini bildirib. Bundan başqa təxribata imkan verən UFC əməkdaşı vəzifəsindən qovulub.
Edmond Tarverdyan səhvə yol verdiklərini etiraf edib.
"Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb.
Qeyd edək ki, Azərbaycan təxribata görə UFC prezidentinə etiraz məktubu göndərmişdi.

20811 oxunub

InvestAZ