XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bu gün Çempionlar Liqasının cavab oyunları start götürəcək
İdman 10:39 / 07.08.2020
UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edəcək. Avropanın bir nömrəli klub turniri 1/8 final mərhələsinin cavab görüşləri ilə bərpa olunacaq.
4 matçdan yarısı ilk oyun günündə, yarısı isə avqustun 8-də baş tutacaq. "Yuventus" Fransadakı ilk qarşılaşmada minimal hesabla uduzduğu "Lion"dan bunun əvəzini İtaliyada çıxmağa çalışacaq.
Gecənin digər qarşılaşmasında İspaniya "Real Madrid"i ilə İngiltərə təmsilçisi "Mançester Siti" münasibətlərinə aydınlıq gətirəcəklər. Madrid səfərində 2:1 hesablı qələbəyə sevinən "şəhərlilər" üstünlüklərini qorumaq niyyətindədirlər.
Sabah isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) oyunları keçiriləcək.

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
7 avqust
23:00. "Yuventus" (İtaliya) - Lion (Fransa)
İlk oyun - 0:1
23:00. Mançester Siti (İngiltərə) - Real Madrid (İspaniya)
İlk oyun - 2:1
Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.



24608 oxunub

InvestAZ