XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Azərbaycan və Türkiyə şahmatçıları onlayn yarışda iştirak edəcəklər
İdman 14:21 / 06.08.2020
Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan və Türkiyə Şahmat Federasiyaları təşkilatçılığıyla növbəti onlayn yarış keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, bu dəfə Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət" şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq.
Azərbaycan komandasının əsas heyətində üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Gülnar Məmmədova, eləcə də Vüqar Əsədli və Xanım Balacayeva çıxış edəcəklər. Ehtiyat heyətdə Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, qitə birinciliyinin mükafatçısı Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, 16 yaşlılar arasında dünya birinciliyinin qalibi Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alacaq. Reqlamentə görə hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq.

34695 oxunub

InvestAZ