XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Avropa Liqasında 1/4 finala hansı klublar yüksələcək?
İdman 11:45 / 06.08.2020

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. İkinci oyun günündə də 4 qarşılaşma keçiriləcək. Şotlandiyada "Reyncers"i 3:1 hesabı ilə məğlub etmiş "Bayer"in bu üstünlüyü Almaniyada da əldən verəcəyi inandırıcı görünmür. Bu görüşlə eyni saatda start götürəcək digər matçda İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salındığından, hazırkı görüş Almaniyada keçiriləcək və həlledici olacaq. Frankfurtda "Ayntraxt"ın qapısından 3 cavabsız top keçirmiş "Bazel" Almaniyadan olan rəqibini İsveçrədə sınağa çəkəcək. Gecənin digər oyununda isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi İngiltərə "Vulverhempton"u Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları 6 avqust 20:55. Bayer (Almaniya) - Reyncers (Şotlandiya) İlk oyun - 3:1 20:55. Sevilya (İspaniya) - Roma (İtaliya) İlk oyun keçirilməyib 23:00. Bazel (İsveçrə) - Ayntraxt (Frankfurt, Almaniya) İlk oyun - 3:0

23:00. Vulverhempton (İngiltərə) - Olimpiakos (Yunanıstan) İlk oyun - 1:1.

26822 oxunub

InvestAZ