XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dünya çempionundan növbəti qalibiyyət
İdman 16:32 / 05.08.2020
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin dördüncü mərhələsi - "Legends of Chess” yarışı başa çatıb. Dördüncü mərhələnin finalında rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparan M.Karlsen qələbə qazanıb. Beləliklə, bundan əvvəlki "Magnus Carlsen Invitational”, "Chessable Masters” mərhələlərində də birinci olan dünya çempionu daha bir çempionluq sevincini yaşayıb. Yarışın ikinci mərhələsi - "Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov birinci olub.
Yarışın üçüncü mərhələsi - "Chessable Masters” turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yekun nəticəyə görə 4,5 xal toplayıb və beşinci yerdə qərarlaşıb.
Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Turnirin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

17099 oxunub

InvestAZ