XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Avroliqa həyəcanı bu gün başlayır
İdman 10:29 / 05.08.2020
Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunur. Bu gün Avropa Liqasında 4 görüş keçiriləcək. İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq. Donetsk "Şaxtyor"u səfərdə məğlub etdiyi (2:1) "Volfsburq"u evdə qəbul edəcək. "Mançester Yunayted" öz meydanında Avstriya LASK-ı ilə qarşılaşacaq. "Qırmızı şeytanlar" səfərdəki görüşdə 5 cavabsız qolla qalib gəlib. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olacaq. Qalib Almaniyanın Gelzenkirhen şəhərində bir matçla müəyyənləşəcək.    5 avqust  Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları
20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) İlk oyun - 0:1
20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) İlk oyun - 2:1
23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) İlk oyun - 5:0
23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) (İlk oyun keçirilməyib)

17991 oxunub

InvestAZ