XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Hamiltondan növbəti qələbə
İdman 10:14 / 03.08.2020

Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.

Mövsümün dördüncü yarışında "Mersedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü "Red Bull”un pilotu Maks Ferstappen və "Ferrari”nin üzvü Şarl Lekler tamamlayıblar.
L.Hamilton cari mövsüm 3-cü, yarışın keçirildiyi Silverstoun trasında 7-ci və karyerasında isə 87-ci qələbəsini qazanıb.
Pilotların siyahısına 88 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə 52 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış avqustun 9-da yenidən Böyük Britaniyada təşkil olunacaq.


19454 oxunub

InvestAZ