XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Fanatlarım gözəl döyüş gözdüyürlər"
İdman 17:22 / 01.08.2020

Rusiyalı boksçu Aleksandr Povetkin ingilis rəqibi Dillian Uayta ilə qarşıdakı döyüşə hazılaşır. O, mühüm qarşılaşmadan əvvəl bir sıra diqqətçəkən fikirlər bildirib.

"Mən Dillian Uayta ilə mübarizənin son şans olduğunu düşünmürəm. Əsas odur ki, döyüşə hazıram və son nəticədə mənim olacaq. Hazırlıq əsas amillərdən biridir. Fanatlarım gözəl döyüş gözdüyürlər. Bu, onların haqqıdır. Yaşıma baxmayaraq mən döyüşə hazıram" , - deyə Povetkin bildirib. Qeyd edək ki, 40 yaşlı Povetkin və 32 yaşlı Uayt qarşılaşması avqustun 22-də İngiltərənin Brentord şəhərində keçiriləcək. Qalib Dünya Boks Şurasının (WBC) ağır çəki dərəcəsinə iddiaçı olacaq. Xatırladaq ki, döyüş əvvəlcə mayın 2-nə təyin edilmişdi. Lakin koronavirus pandemiyası səbəbindən iyul və avqust aylarına təxirə salındı.​​ Peşəkar karyerası ərzində bu günə kimi Povetkin 35 qələbə qazanıb. (24 - nokautla), iki məğlubiyyət. Uayt isə​ 27 qələbə (18 nokautla) və bir məğlubiyyətə sahibdir.


20021 oxunub

InvestAZ