XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Olimpiya çempionunun "müsbət nəticəsi"
İdman 14:00 / 01.08.2020

CAR-lı idmançı, 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu Ueyd van Niker koronavirusa yoluxub.​​ 28 yaşlı​ idmançıdan COVİD-19 üçün götürülər test nümunələri müsbət çıxıb.​​ Niker avqustun 1-də İtaliyanın Trieste şəhərində keçiriləcək yarışlarda iştirak etməli idi.​​ Qeyd edək ki, 2016-cı ildə​ Olimpiya oyunlarının qalibi olmuş Van Niker 2 dəfə dünya çempionluğunu və 1 dəfə də dünya çempionatının gümüş mükafatını əldə edib.


19878 oxunub

InvestAZ