XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



20 avtomobildən biri qəzaya uğrayıb
İdman 15:20 / 29.07.2020

Formula 1-in keçmiş pilotu Adrian Sutil idarə etdiyi avtomobilini Monakoda qəzaya uğradıb. Almaniyalı sürücü 1milyon avro dəyərində olan "Mclaren Senna LM" super avtomobili ilə qəzada heç bir ciddi xəsarət almayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 37 yaşlı Sutil Formula 1 yarışlarında 7 mövsüm keçirib. 2014-cü ildə karyerasını başa vuran pilot "Midland" ,"Spyker", "Force İndia" və "Sauber" komandalarının şərəfini​ qoruyub. Onun ən yaxşı nəticəsi 2009-cu ildə İtaliya Qran-prisində tutduğu 1-ci yerdir. O ki, qaldı Odrian Sutilin idarə etdiyi "Mclaren Senna LM" avtomobilinə , bu super avtomobil özünəməxsus xüsusiyyətləri ilə seçilir. Belə ki, avtomobil​ 720 at gücündədir. Dünyada cəmi 20 ədəd olan super avtomobil 1994 -ci ildə İtaliyada keçirilən Formula 1 üzrə keçirilən Qran -pridə faciəli şəkildə qəzaya uğrayan braziliyalı 4 qat çempion Ayrton Sennanın şərəfinə istehsal olunub.


21025 oxunub

InvestAZ