XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Rusiyalı güləşçı 8 ildən sonra​ olimpiya çempionu elan edildi
İdman 10:01 / 14.07.2020
Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı sərbəst güləşçi Bilal Maxovu 2012 London Yay Olimpiya Oyunlarının qalibi kimi tanıyıb.​
Beynəlxalq qurumun​ rəsmi saytında yer alan xəbərə görə, idmançının olimpiada vaxtı qazandığı bürünc medal qızılla əvəzlənib.
Bu, 120 kq çəki dərəcəsində birinci yeri tutmuş​ Özbəkistan təmsilçisi Artur Taymazov və ikinci yerin sahibi Davit Modzmanaşvilinin antidopinq qaydalarını pozmaları səbəbindən​ diskvalifikasiya edilmələri ilə əlaqədardır. London-2012-də yarımfinalçı olmuş Maxovla yanaşı, digər bürünc medalçı, iranlı Komeyl Qasemi də qızıl medal alacaq.​
Qeyd edək ki, Bilal Maxov London olimpiadasının 1/16 finalında Azərbaycan təmsilçisi Cəmaləddin Məhəmmədovu məğlub edib.
18746 oxunub

InvestAZ