XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Hamilton yenidən çempion oldu​​ ​
İdman 12:31 / 13.07.2020

Avstriyanın Şpilberq avtodromunda Formula 1 üzrə Ştiriya Qran-prisi keçirilib. Mövsümdə ikinci mərhələnin qalibi adını "Mercedes"in pilotu Luis Hamilton qazanıb. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" üzvü Maks Ferstappen üçüncü yeri tutub.​

71 dövrəlik mübarizəni 20 pilotdan 17-si başa çatdıra bilib.​
İlk iki mərhələdən sonra Bottas 43 xalla birinci, Hemilton 37 xalla ikinci, "Mclaren" pilotu Lando Norris 26 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda isə "Mercedes" komandası 80 xalla liderdir. "McLaren" 39 xalla ikinci, "Racing Point" 22 xalla üçüncüdür.​


17960 oxunub

InvestAZ