XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024



Canni de Byazi : "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir"
İdman 11:26 / 13.07.2020

Azərbaycan böyüyən ölkədir, futbolda da gələcəyə dair nikbin fikirlər​ var".​ Bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi ölkə mətbuatına verdiyi müsahibə deyib.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında millimizi seçməsinin səbəblərini açıqlayıb: "Təklif ciddi olduğu üçün bu seçimi etdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu. Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiya səbəbindən sonra danışıqlar dayandırıldı. İndi yenidən nəfəs ala bildiyimizə görə, danışıb razılaşdıq. Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdir. Avqustun əvvəlində orada olacağam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var".
De Byazi Bakı haqqında da danışıb. O, paytaxtımızı tərifləyib: "Bakı möhtəşəm şəhərdir. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni səssiz qoyub. Böyük, aktiv, dinamik şəhərdir, Xəzər dənizi sahilindədir. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiniz. Bu, həqiqətən də, sehrdir. Razılığa görə, əsasən orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdır, İstanbula getməli, oradan Bakıya yollanmalısınız”.
De Byazi yığmadakı hədəflərdən də söz açıb: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldur. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq".


18493 oxunub

InvestAZ