XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Milan” Neapol səfərindən heç-heçə ilə qayıdır
İdman 10:00 / 13.07.2020

İtaliya A seriyasında 32-ci turun növbəti qarşılaşmaları keçirilib.​​ İkinci oyun günündə 6 matç oynanılıb. Günün mərkəzi qarşılaşması Neapolda təşkil olunub. "Milan” "Napoli”nin qonağı olub. 4 qolun vurulduğu matç məhsuldar heç-heçə ilə başa çatıb -2:2.

"Cenoa” "Spal”a, "Sampdoriya” isə "Udineze”yə qalib gəlib. Digər üç matçda qalib müəyyənləşməyib.
Bu​ nəticədən sonra "Napoli" 52 xalla 6-cı, "Milan" 50 xalla 7-cidir. Turnir cədvəlinə 76 xalla "Yuventus" başçılıq edir. "Latsio" 68 xalla 2-ci, "Atalanta" 67 xalla 3-cüdür.
Qeyd edək ki, turun son matçları iyulun 13-də baş tutacaq.

İtaliya A seriyası

XXXII tur

12 iyul

"Udineze” – "Sampdoriya” – 1:3
Lasanya, 37 – Kvalyarella, 45, Bonazzoli, 84, Qabbiadini, 90
"Parma” – "Bolonya” – 2:2
Kurtiç, 90, İnqless, 90 - Danilo, 3, Soriano, 16
"Fiorentina” – "Verona” – 1:1
Kutrone, 90 – Faraoni, 18
"Kalyari” – "Leççe” – 0:0
"Cenoa” – "Spal” – 2:0
Pandev, 24, Şon, 54
"Napoli” – "Milan” – 2:2
Di Lorenzo, 35, Mertens, 60 –Ernandes, 20, Kessi, 73 (pen.)


16371 oxunub

InvestAZ