XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Sürix"​​ karantinə​​ alındı
İdman 18:09 / 12.07.2020

İsveçrənin "Sürix”​​ klubunun​​ kollektivi​​ koronavirus​​ pandemiyası​​ ilə əlaqədar​​ karantinə​​ alınıb.​​ Bu​​ barədə​​ Super​​ Liqa​​ təmsilçisinin​​ mətbuat​​ xidməti​​ məlumat​​ yayıb.

Xəbərdə futbolçu və məşqçi heyətinin, eləcə də klubun digər bütün işçilərinin karantinə alındığı diqqətə çatdırılıb. Buna klubun kollektivindən bir neçə gün öncə götürülən koronavirus testlərinin bəzisinin müsbət nəticə verməsi səbəb olub. Bu üzdən "Sürix”in üzvləri təcrid olunub. Koronavirus yoluxan şəxslərin sayı və adları açıqlanmayıb.
Klubun İsveçrə çempionatında "Sion” (11 iyul) və "Bazel”lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.


24833 oxunub

InvestAZ