XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Səudiyyə Ərəbistanın​ liqasında kütləvi yoluxma halı
İdman 16:54 / 12.07.2020

Səudiyyə Ərəbistanının​​ iki​​ liqasında​ 75​​ futbolçu​​ koronavirusa​​ yoluxub.

Bu,​​ aparılmış​​ test​​ nəticəsində​​ müəyyənləşib.​​ Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub.​
Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq.​
Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında azarkeşsiz idman məşqləri iyunun 21-dən bərpa olunub.​
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 22 turdan sonra "Əl Hilal" 51 xalla 1-ci, "Əl Nəsr" 2-ci yerdə gedir.


18661 oxunub

InvestAZ