XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Kamaru Usman çempionluq titulunu qorudu
İdman 13:48 / 12.07.2020

Nigeriyalı döyüş ustası Kamaru Usman Mütləq Döyüş Çempionatının (UFC) əsas yarışı olan "UFC-251” turnirində amerikalı Xorxe Masvidalı məğlub edərək orta çəki dərəcəsində çempionluq titulunu qoruyub.​​ Qarşılaşma Əbu-Dabinin "Döyüş adası”nda baş tutub. Bununla da 33 yaşlı K.Usmanın karyerası ərzində qazandığı qələbələrin sayı 17-yə çatıb. Onun aktivində 1 məğlubiyyət var. Onun 35 yaşlı rəqibi isə qarışıq döyüşlərdə 48 qarşılaşma keçirib, 35 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Qeyd edək ki, X.Masvidal bu döyüşdə braziliyalı idmançı Gilbert Burnsu əvəz edib. G.Burns koronavirus testinin nəticələri müsbət çıxdığı üçün UFC-nin turnirindən kənarlaşdırılıb.


26437 oxunub

InvestAZ