Braziliyanın "Qoyas" futbol klubunun oyunçusu İqor Soareş yol-nəqliyyat hadisəsində həlak olub.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, 16 yaşlı futbolçu motosikllə qəzaya uğrayıb. Klubun rəhbərliyi futbolçunun ailəsinə və dostlarına başsağlığı verib.
"İqorun 16 yaşı vardı, o, 2018-ci ilin yanvarından "Qoyas"da çıxış edirdi”, - xəbərdə deyilir.