XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Dana Uayt:​​ “Çox təəssüflənirik”
İdman 18:41 / 11.07.2020

UFC-nin rəhbəri Dana Uayt yüngül çəkidə çempion olan Həbib Nurməhəmmədovun narahat etmək istəmədiyini bildirib. Buna səbəb isə bir müddət əvvəl rusiyalı döyüşçünün atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovun vəfat etməsidir.

"Bu, dəhşətdir. Həbibə görə çox təəssüflənirik. Atasını necə sevdiyini və nə qədər yaxın olduqlarını bilirik. Onun bu hadisədən sonra özünə gəlməsi üçün vaxt verəcəyik. Həbibin normaya düşməsi və nə edəcəyinə qərar verməsi üçün onu bir müddət tək buraxacağıq. Daha sonra bu məsələni müzakirə edəcəyik”, - deyə D.Uayt deyib.​ ​


35227 oxunub

InvestAZ