XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Hakimiyyətdən​ klublara xəbərdarlıq
İdman 16:50 / 11.07.2020

İngiltərə çempionatının klublarına Böyük Britaniyanın hakimiyyət orqanları tərəfindən​ xəbərdarlıq edilib. Xəbərdarlıqda futbolçuların su fasiləsi zamanı və vurulan qolların qeyd edilməsi prosesində sosial məsafənin ciddi şəkildə saxlanılması barədə məlumat verilib. Hakimiyyət hesab edir ki, futbolçular cəmiyyət üçün yaxşı nümunə göstərməsi üçün oyunlar zamanı lazımsız təmasları azaltmalıdır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasınn oyunları iyunun 17-də bərpa olunub. İngiltərə çempionatı, koronavirus pandemiyası səbəb ilə mart ayından dayandırılmışdı.


17124 oxunub

InvestAZ