XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Badmintonun əfsanəsi​ karyerasını başa vurur ​
İdman 21:38 / 09.07.2020

Badminton​ üzrə ikiqat Olimpiya çempionu 36 yaşlı çinli Lin Dan peşəkar idman karyerasını bitirməsi barədə məlumat verib. "20 il milli yığmada olduqdan sonra ona "hələlik” demək məcburiyyətində qaldım. Düzünü desəm, bunu demək çox çətindir. Lakin fiziki vəziyyətim və aldığım zədələr yenidən komanda yoldaşlarım ilə meydanda mübarizə aparmağıma imkan vermir”, -​ deyə Lin Dan bildirib.

Çinin Badminton Assosiasiyasının məlumatına görə idmançı bir neçə gün əvvəl karyerasını bitirməsi ilə bağlı müraciət edib.

Qeyd edək ki, L.Dan 2008-ci və 2012-ci illərdə keçirilən Olimpiya Oyunlarında fərdi badmintonçuların yarışlarında qızıl medal qazanıb. İdmançının hesabında həmçinin dünya çempionatlarının beş qızıl və iki gümüş medalı da​ var. Badmintonun əfsanəsi karyerasını bitirsə də, idmansevərlərin yaddaşında daim qalacaq.



16927 oxunub

InvestAZ