XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Azərreyl” sentyabrda “Çağırış kuboku”na başlayacaq
İdman 16:16 / 09.07.2020

Voleybol üzrə avrokubokların yeni mövsümünün başlama vaxtı dəqiqləşib. Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurası qitə miqyaslı turnirlərin başlama vaxtını təsdiqləyib. Kişilər və qadınlar arasında hər üç turnir Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku sentyabrın ikinci yarısında başlayacaq. Bu turnirlərin hamısı birinci mərhələdən start götürəcək.

Qeyd​ edək​ ki, 2020/2021 -ci​ il​ mövsümündə​ Azərbaycanı​ yalnız​ "Azərreyl”​ klubu​ təmsil​ edəcək.​ Qadınlardan ibarət komanda Çağırış kubokunda mübarizə aparacaq.


35705 oxunub

InvestAZ