XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İbrahimoviç​​ yenə özünü təriflədi
İdman 19:28 / 08.07.2020

"Milan" ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 31-ci turunda "Yuventus"a qalib gəldikləri​ oyunu (4:2) şərh edib.

İsveçli forvard "Footbal Italia”ya açıqlamasında​ adəti üzrə​ özünü tərifləyib. O bildirib ki, "Milan”da futbolçu olmaqla yanaşı, həm də​ məşqçi və prezidentdir:
"Mən yaşlıyam, bu sirr deyil. Ancaq yaş yalnız bir rəqəmdir. Yaxşı işləyirəm, bu gün son matçdakından daha çox oynadım. Özümü yaxşı hiss edirəm, komandaya kömək etmək üçün əlimdən gələni edirəm. Mən "Milan”da prezident, oyunçu və məşqçiyəm! Yeganə mənfi tərəfi odur ki, mənə yalnız oyunçu olduğum üçün pul ödəyirlər. Mövsümün əvvəlindən burada olsaydım, çempionluğu qazanardıq. Görək, növbəti mövsümdə də "Milan"da çıxış edəcəyəmmi? Oyundan zövq almaq üçün hələ bir ay var. Milanda hələ də çox xoşum gəlir.​​ 38 yaşım var, əvvəlki həssaslığım yoxdur, amma ağıllıyam. Buraya Talisman olmaq üçün yox, komanda yoldaşlarıma, kluba və azarkeşlərə kömək etmək üçün gəlmişəm”.
Qeyd edək ki,​ 38 yaşlı futbolçu​ "Yuventus"la oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.


24665 oxunub

InvestAZ