XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Yoxa çıxmış çəkmələr​
İdman 17:01 / 08.07.2020

Rusiyanın "Spartak” futbol komandasının qapıçısı Aleksandr Selixov xoşagəlməz hadisə ilə üzləşib.​​ Belə ki, futbolçunun çəkmələri oğurlanıb. O, bu barədə şəxsi instaqram hesabının hekayə bölməsində məlumat verib.

"Qatarla nənəmgilə gedirdim. Yuxarı rəfdə yatmışdım. Mənzil başına çatmağıma on dəqiqə qaldıqda aşağı endim və çəkmələrimin oğurlandığını gördüm. Oryol​​ şəhərinə​​ xoş gəlmişəm!”,​​ - deyə qapıçı qəzəbini gizlədə bilməyib.
Qeyd edək ki, 26 yaşlı Aleksandr Selixov cari mövsümdə​​ "Spartak”ın heyətində oyuna çıxa bilməyib. 2019-cu ilin sentyabr ayında əməliyyat keçirən futbolçu yalnız 2020-ci ilin may ayında məşqlərə qayıdıb.


55901 oxunub

InvestAZ