XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



MDB Oyunlarının vaxtı yenidən dəyişdirilməyəcək
İdman 16:16 / 07.07.2020

İlk MDB Oyunlarının 2020-ci ildə qrafik üzrə keçirilməsi planlaşdırılır, hazırda başqa tarixlərə təxirə salınmasına baxılmır.​

Bu barədə Rusiyanın idman naziri Oleq Matıtsin Bədən Tərbiyəsi və İdman İdarəetmə Orqanları rəhbərləri - ilk Oyunlara hazırlıq məsələləri üzrə iştirakçıların toplantısında açıqlama verib. "Biz yarışı 4 - 11 sentyabrda keçirməyi planlaşdırırıq. Hazırda dəyişiklik gözlənilmir", - deyə nazir vurğulayıb.
O bildirib ki, iştirakçıların çarter reysləri ilə uçuşu optimal qərardır: "Əlbəttə, bütün mümkün olanı edəcəyik ki, insanlar eyni gündə xüsui reyslə gəlib-getsinlər".​
İlk Oyunların öncədən 20 - 27 avqustda Kazanda təşkili planlaşdırılırdı. 23 idman növü üzrə yarışlarda 14 - 23 yaşlı idmançıların iştirakı gözlənilirdi. Onlar 280 dəst medal uğrunda mübarizə aparmalı idilər. Mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar Oyunların 4 - 11 sentyabra təxirə salınması qərara alınıb.​
Ermənistan idmançıları koronavirus pandemiyası ilə əlaqədar yarışa qatılmayacaqlar. Azərbaycan təmsilçilərinin iştirak edib-etməyəcəklərinə isə hələ aydınlıq gəlməyib.


21659 oxunub

InvestAZ