XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bottas fasilədən sonra ilk qələbəsini qazandı
İdman 11:32 / 06.07.2020

İyulun 5-də Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən "Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib.​​ Gərgin keçən mübarizədə ”Mercedes”in pilotu Valtteri Bottas qalib gəlib. Finlandiyalı pilot bir neçə qəza və komanda yoldaşı Luis Hamiltonun vaxt cərimələrində yararlanaraq, karyerasındakı səkkizinci qələbənin sevincini yaşayıb. "Mercedes"in digər pilotu Luis Hamilton günün sonunda dördüncü yerlə kifayətlənməli olub.

Ötən il "Red Bull Ring"dən qələbə ilə ayrılan hollandiyalı pilot texniki nasazlıq səbəbindən yarışı sona qədər davam etdirə bilməyib. Qəza və texniki nasazlıqların çoxluğu nəticəsində yarışa qatılan 20 pilotdan cəmi on biri finiş xəttinə çata bilib.
Qeyd edək ki, iyulun 12-də Formula 1 üzrə dünya çempionatının növbəti dövrəsi də eyni məkanda – Şpilberqdəki "Red Bull Ring" trasında təşkil ediləcək.


35056 oxunub

InvestAZ