XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Azərbaycanlı dünya və Avropa çempionu vəfat edib
İdman 10:20 / 06.07.2020

Azərbaycan idmanına itki üz verib. Dünən gecə qəflətən halı pisləşən zorxana ustası​ Rüfət Gülaliyev​ vəfat edib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun "Olimpiyadunyası.com” və​ "Olimpnews.az” saytına verdiyi məlumata görə 22 yaşlı idmançının ölümü ürəyində yaranan problemlə əlaqədardır. Bakıda yaşayan idmançı bu gün Ağcabədi rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.


16834 oxunub

InvestAZ