XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Yoluxan idmançı “UFC-251” turnirindən uzaqlaşdırıldı
İdman 17:25 / 05.07.2020

Braziliyalı idmançı Gilbert Burns koronavirus testinin nəticələri müsbət çıxdığı üçün UFC-nin (Mütləq Döyüş Çempionatı) əsas yarışı olan "UFC-251” turnirindən kənarlaşdırılıb.​​ Bu barədə "MMA Junkie” portalı məlumat yayıb. G.Burns iyulun 11-də Əbu-Dabidəki "Döyüş adası”nda yarım orta çəki dərəcəsində (77 kq-dək) UFC çempionu, amerikalı Kamaru Usman ilə görüşməli idi. Döyüşün təxirə salındığı vaxtla bağlı məlumat verilməyib. Braziliyalı idmançı "Twitter”dək isəhifəsində döyüşün ləğv olunduğunu təsdiqləsə də, səhhəti ilə bağlı məlumat verməyib.

Otuz üç yaşlı G.Burns karyerası ərzində keçirdiyi 22 döyüşün 19-da qələbə qazanıb.


18300 oxunub

InvestAZ