XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Buffon Maldininin rekordunu yenilədi
İdman 14:20 / 05.07.2020

Futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun "Torino” ilə ev oyunu "Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.​​ 42 yaşlı qolkiper bu oyunda meydana çıxmaqla A Seriyası tarixində yeni rekord müəyyənləşdirib.

Ölkə çempionatındakı oyun sayını 648-ə çatdıran Buffon "Milan”nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.
Qeyd edək ki, "Yuventus” ötən həftə Buffonla yeni 1 illik müqavilə imzalandığını açıqlamışdı.


19192 oxunub

InvestAZ