XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



FİFA-da qalmaqallar səngimir
İdman 17:07 / 01.07.2020

Müxtəlif vaxtlarda Beynəlxalq Futbol Federasiyasının (FİFA) maliyyə direktoru, FİFA-nın baş katibi və FİFA baş katibinin müavini vəzifələrini icra edən Markus Kattner 10 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA-nın etik Komitəsinin Məhkəmə Palatası M.Kattneri vəzifəsindən sui-istifadə etməkdə və maraqların toqquşmasında təqsirli bilib. Markus Kattner həmçinin 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, M.Kattner 2016-cı ildə FİFA təşkilatında işdən azad edilib. Sonra FİFA, təşkilatının sabiq prezidenti Yozef Blatter, FİFA-nın keçmiş baş katibi Cerom Valke və Markus Kattnerin beş il ərzində qanunsuz üsulla, təxminən ​ 80 milyon dollar məbləğində pul mənimsədiklərini bəyan edib. Onların bu vəsaiti özlərinə hesablanmış bonuslar nəticəsində aldıqları məlum olub.



18343 oxunub

InvestAZ