XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Yuventus”dan səfər qələbəsi
İdman 10:26 / 01.07.2020

Futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib. "Cenoa” klubu öz meydanında "Yuventus”u qəbul edib. Qarşılaşma Genuyanın "Luici Ferraris” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ikinci hissəsinin əvvəlində "Yuventus”un hücumçusu Paulo Dibala açıb. O, 50-ci dəqiqədə səhvsiz oynamaqla meydan sahiblərini məyus edib. Bundan 6 dəqiqə sonra digər hücumçu Kriştianu Ronaldo komandasının hesabdakı üstünlüyünü artırıb. Matçın 73-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Duqlas Kosta üçüncü qolu vurub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Andrea Pinamonti hesabdakı fərqi azaldıb. Lakin bu, ancaq təsəlli qolu olub.

"Yuventus” 72 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində birinci yer tutur.​​ "Cenoa” 26 xalla 17-ci yerdə qərarlaşıb.


25808 oxunub

InvestAZ