XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Pekin-2008-in bürünc mükafatçısı yeni vəzifəyə təyin edilib
İdman 23:16 / 30.06.2020
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.
Qərb Mərkəzindən verilən məlumata görə, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.
Xatırladaq ki, Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

19084 oxunub

InvestAZ