XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmatçılarımız mövqeylərini qorudular
İdman 18:50 / 30.06.2020

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

İlk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi​​ Teymur Rəcəbov​ 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.
Şəhriyar Məmmədyarov​ isə 2 764 xalla 11-ci yerdə qalıb.
Qədir Hüseynov​ (2 665) 72-ci,​​ Nicat Abbasov​ (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan​​ Rauf Məmmədov​ 90-cı sıradan 89-cu pilləyə irəliləyib.
Siyahıya yenə norveçli dünya çempionu​​ Maqnus Karlsen​ 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi​​ Fabiano Karuana​ 2 835 xalla 2-ci, çinli​​ Dinq Liren​ 2 791 xalla 3-cüdür.
Qadınlardan​​ Günay Məmmədzadə​ 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik​​ Gülnar Məmmədovanın da sırası dəyişməz qalıb. 2 376 xalı olan​​ Xanım Balacayeva​ isə 85-ci yerdən 86-cı sıraya düşüb.


36864 oxunub

InvestAZ