XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Mətbuat xidmətindən rəsmi açıqlama
İdman 11:22 / 30.06.2020

Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin guya "COVID-19” virusuna yoluxmaları barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər reallığı əks etdirmir və dezinformasiyadır.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda yığmanın üzvlərinin sağlamlığında heç bir problem yoxdur. İdmançılar sərt karantin rejiminin qaydalarına uyğun olaraq hələ ki, ev şəraitində fiziki məşqlərlə kifayətlənirlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 5-dən sonra qəbul edəcəyi qərardan asılı olaraq məşqlərin bərpası məsələsi müzakirəyə çıxarılacaq.


19478 oxunub

InvestAZ