XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Ağırlıqqaldıranımız 12​​ illik cəzaya məruz qaldı​
İdman 10:34 / 30.06.2020

Azərbaycanın daha 2 idmançısı diskvalifikasiyaya məruz qalıb.​ Azərbaycan Milli Antidopinq Agentliyindən verilən məlumata görə, bunlar ağırlıqqaldıran Həsənbəy Həsənzadə və boksçu Kamran Orucovdur.​​ Hər 2 şəxsdən alınmış nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Qanından oksandrolon metaboliti, oksimetolon metaboliti və metasteron tapılan​​ H.Həsənzadəyə 144 aylıq (12 illik) cəza kəsilib. Cəza 11 mart 2019-cu ildən qüvvəyə minib və 2031-ci ilin eyni tarixində başa çatacaq.

K.Orucovun analizi nəticəsində isə orqanizmindən 4-metilheksan-2-amin (metilheksaneamin) tapılıb. O isə 2 illik diskvalifikasiyaya məruz qalıb. 2020-ci il mayın 8-dən qüvvəyə minmiş cəza 2022-ci il mayın 8-də yekunlaşacaq.​
Qeyd edək ki, əslən Samuxdan olan 19 yaşlı​ Həsənbəy Həsənzadə 7-8 fevral​ 2019-cu ildə Bakının​ Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatında​ 109 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb. Kamran Orucov isə cəmi bir dəfə boks üzrə Azərbaycan çempionatında çıxış edib.​


19706 oxunub

InvestAZ