XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



Avropa çempionatının proqramına daha 4 idman növü daxil edilib
Olimpiya Hərəkatı 13:09 / 22.06.2020
2022-ci il avqustun 11-dən 21-dək Almaniyanın Münhen şəhərində keçiriləcək qarışıq yay idman növləri üzrə Avropa çempionatının proqramına daha 4 idman növü daxil edilib.
Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, növbəti çempionatda veloidman, idman gimnastikası, triatlon və atletika üzrə yarışlar keçiriləcək.
Bir neçə gün əvvəl stolüstü tennis, çimərlik voleybolu, qayaya dırmanma və kanoe sprinti idman növlərinin yarışın proqramına daxil edildiyi açıqlanmışdı.
Yarışların əksəriyyəti Münxen şəhərinin Olimpiya Parkında və digər idman obyektlərində baş tutacaq.
Qeyd edək ki, ilk çempionata 2018-ci ildə Qlazqo və Berlin şəhərləri ev sahibliyi edib.


37228 oxunub

InvestAZ