XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



FİFA referisi ittihamlara cavab verdi
İdman 14:24 / 05.06.2020
Latviyalı FİFA hakimi Andris Treymanis beynəlxalq skandala düşməkdən canını qurtarıb. Belə ki, o, "Riqa” və RFS "Riqa” komandalarının yoldaşlıq görüşündə qeyri-etik hərəkətlə diqqət mərkəzinə düşüb. Oyundan sonra sosial şəbəkələrdə 35 yaşlı hakimin Sedrik Kuadio adlı qaradərili futbolçuya qırmızı vərəqə və qeyri-etik hərək göstərən fotosu yayılıb. ABŞ-da baş verən etiraz aksiyaları zamanı belə bir hadisənin yaşanması hakimin məsələ ilə bağlı fikir bildirmək məcburiyyətində qoyub.
Bunula bağlı hakim bunları deyib: "Oyundan sonra mənə bu hərəkəti niyə etdiyimi izah etməyi istəyirlər. Bu epizodda futbolçu rəqibinə qeyri-etik hərəkət göstərdiyi üçün onu oyundan qovmalı idim. Oyunçu qırmızı vərəqəni onu hansı səbəbdən göstərdiyimi anlamadığı üçün mən ona bunu hərəkətlə izah etdim. Mən sadəcə, ona günahını göstərdim. Məsələni tam anlamadan ittiham irali sürmək düzgün deyil. Hadisəyə tam baxdıqdan sonra fikir bildirmək olar”, - deyə A.Treymanis bildirib.

47585 oxunub

InvestAZ