XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Final oyununa ev sahibliyi edəcək namizədlər müəyyənləşdi
İdman 16:44 / 04.06.2020
Futbol üzrə Çempionlar Liqasının finalını qəbul etməyə daha bir namizəd ortaya çıxıb. Avropa futbol qurumu qitənin bir nömrəli klub turnirini 1/4 finaldan başlayaraq mini-çempionat şəklində keçirməyi planlaşdırır.
Yarışın təşkili üçün Portuqaliya, Rusiya və Almaniya təklif irəli sürüb. UEFA ev sahibi ölkənin 100 km radiusda dörd stadion ayırmasını istəyir.
Qeyd edək ki, Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir. UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək.

22374 oxunub

InvestAZ