XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Atletlərimiz üçün müraciətin müddəti uzadıldı
İdman 16:03 / 04.06.2020

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası koronavirus pandemiyasının yaratdığı fəsadlarla əlaqədar təxirə salınmış Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemini təqdim edib.
Əsas prinsiplər dəyişməz qalır - idmançıların seçimi müvafiq yarışlar vasitəsilə baş verəcək.
Milli Olimpiya komitələri 2021-ci il mayın 21-dək marafon və 50 km məsafəyə qaçış yarışlarında iştirak üçün ərizə verməlidirlər. Digər yarışların iştirakçıları üçün son tarix iyunun 21-dir.
İyulun 1-də Tokio olimpiasına vəsiqə qazanan atletlərin siyahısı və dünya reytinqi dərc olunacaq. 2 - 5 iyulda Milli Olimpiya komitələri olimpiadaya qatılacaq idmançılar üçün müraciət etməlidirlər.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

39498 oxunub

InvestAZ