XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stadiona buraxılan azarkeşlər sosial məsafəyə əməl etmədilər
İdman 11:36 / 04.06.2020
Avropa ölkələrində futbol tədricən bərpa olunmağa başlayarkən Serbiyada artıq azarkeşlər də stadionlara buraxılır.
Təxminən 3 aylıq fasilədən sonra bu ölkədə bir futbol matçında tərəfdarlar da tribunadakı yerlərini alıblar.
Bu, Serbiya kuboku çərçivəsində keçirilən "İndjija” – "Srvena Zvezda” matçına təsadüf edib. Bu oyunu təxminən 800 nəfər izləyib. Amma onların sosial məsafə qaydalarına əməl etməməsi və maska geyinməməsi xüsusi diqqət çəkib. Halbuki, Serbiya Futbol Federasiyası azarkeşlərin arenaya girişinə icazə verərkən bu və digər məqamlarla bağlı xüsusi tövsiyələrini açıqlamışdı.
Qarşılaşma "Srvena Zvezda”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb və bu komanda yarımfinala vəsiqə qazanıb.




17627 oxunub

InvestAZ