XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



İtaliya A Seriyası hansı formatda keçiriləcək?
İdman 13:48 / 03.06.2020
İtaliya A Seriyası 2020/2021 mövsümündə yeni formada keçirilə bilər. Yeni mövsüm sentyabrın 12-dən tez başlamasa, dəyişiklik baş verəcək. Liqa rəhbərliyi çempionatı 10 klubdan ibarət iki hissəyə bölmək ehtimalını nəzərdən keçirir. Bundan sonra ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaqlar.
Daha öncə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yeni mövsümə sentyabrın 12-də başlaya bilməyəcəkləri təqdirdə dəyişiklik edəcəklərini söyləyib.
Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

20185 oxunub

InvestAZ