XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Daha bir ölkədə azarkeşlərin meydana buraxılmasına icazə verildi
İdman 13:07 / 03.06.2020
İyunun 5-də bərpa olunacaq futbol üzrə Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə qadağa qoyulmayacaq. Ölkənin Səhiyyə Nazirliyi tərəfdarların matçları tribunadan izləməsinə icazə verib. Nazirliyin açıqlamasında bildirilib ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.
Daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.
Qeyd edək ki, Bolqarıstanda yerli liqalar martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Cari mövsüm iyulun 11-də başa çatacaq.

31028 oxunub

InvestAZ