XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İlk 8 Qran-prinin təqvimi açıqlandı
İdman 17:01 / 02.06.2020

Formula 1 üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvimi açıqlanıb.
Mövsümün ilk iki Qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq. Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
Azərbaycan Qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib.
Formula 1-lə yanaşı, Formula 2 və Formula 3 yarışları da təşkil olunacaq.
Qeyd edək ki, Formula 1-də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi




17008 oxunub

InvestAZ