XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Buffon daha bir il Turində qalacaq
İdman 13:44 / 02.06.2020
İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq.
42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləmək barədə razılığa gəlib.
Təcrübəli oyunçu daha bir il "Yuventus"da çıxış edəcək.
Qeyd edək ki, Canluici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirdikdən sonra ötən ilin yayında Turin klubuna qayıdıb. Daha əvvəl "Yuventus"un idman direktoru Fabio Paratiçi Buffonla yanaşı Corco Kyellinini və Paulo Dibala ilə də danışıqlar apardıqlarını təsdiqləyib

16874 oxunub

InvestAZ